Əsas Səhifə > Güney Press > Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıbDünən, 15:25 |
Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb. Bu barədə"Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur. İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır. Geri qayıt |