Əsas Səhifə > Güney Press > Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olubDünən, 15:09 |
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunın diplomunun saxta olması iddiası ilə bağlı məhkəmə işi sentyabrın 11-nə təyin edilib. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, Əkrəm İmamoğlu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamə qəbul edilib. İstanbul Məhkəməsi məhkəmə prosesinin sentyabrın 11-də keçirilməsinə qərar verib. Qeyd edək ki, prokuror keçmiş bələdiyyə sədrinə 8 il 9 ay müddətinə həbs cəzası istəyib. Ona qarşı rəsmi sənəddə saxtakarlığa yol verməsi ittihamı irəli sürülüb. Geri qayıt |