Əsas Səhifə > Güney Press > İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə...

İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə...


Dünən, 12:57

İsrail və ABŞ-ın İrana təcavüzündən sonra Cənubi Qafqaz tədricən Rusiyanın təsir dairəsindən çıxarılır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı analitik Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində vaxtaşırı ciddi problemlər yaranır və Ermənistan danışıqlar prosesində Rusiyanın vasitəçiliyini rədd edir, KTMT-dən çıxmaq, AB-yə yaxınlaşmaq, eləcə də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan danışır:

“Sonuncu komponent Cənubi Qafqazın Rusiyanın təsirindən çıxarılmasının son mərhələsi kimi qiymətləndirilir və bu prosesdə Rusiyanın Ukrayna məsələsində iştirakına stavka edilir”.

İlham Əliyev və Paşinyanın Dubayda görüşü ehtimalına gəlincə, Tarasovun fikrincə, liderlər böyük ehtimalla regionda nəqliyyat blokadasının aradan qaldırılması gündəliyinə diqqət yetirəcəklər. O, Ərdoğanın bir neçə gün əvvəl verdiyi bəyanatı və Ermənistanın ilkin olaraq Zəngəzur dəhlizinə qarşı olmasına dair eyhamını xatırladıb:

“Hələ hansı yanaşmadan danışıldığını bilmirik, lakin bu, müəyyən konsensusun olduğunu söyləmək imkanı verir”.

Tarasov ehtimal olunan görüşün baş tutacağı halda bunu Rusiyanın vasitəçiliyindən imtina edərək, Bakı və İrəvanın razılaşmalar əldə etməsi mərhələsinin davamı olacağını da vurğulayıb:

“Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi hələ də qeyri-müəyyən görünür”.


Geri qayıt