Əsas Səhifə > Güney Press > Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi:
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi:Bu gün, 18:03 |
Son vaxtlar bəzi sosial şəbəkə hesablarında, həmçinin özünü media orqanı kimi təqdim edən bir neçə səhifədə Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramını ləkələmək, yalan məlumatlar paylaşmaqla izləyicilərini aldatmaq, bununla da oxucu qazanmaq cəhdləri müşahidə olunur. "DİA-AZ" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev sosial media hesabında qeyd edib. O bildirib ki, poqram çərçivəsində vətəndaşlara guya xəstə, arıq heyvanlar təqdim edildiyinə dair paylaşılan məlumatlar həqiqəti əks etdirmir, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə aidiyyəti yoxdur: Yayılan görüntülər xarici ölkələrdə çəkilib, biri Rusiya, digəri isə Afrika ölkələrindən birində sosial şəbəkələrdə yayılıb. Bunu internetdə sadə axtarış etməklə də müəyyən etmək mümkündür. Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri saxta, həqiqətə uyğun olmayan məlumatları məqsədli şəkildə paylaşdıqdan sonra, özünü media orqanı elan edən səhifələr də qurumun mövqeyini öyrənmədən, dəqiqləşdirmədən bunları paylaşır, bununla da dövlətin mühüm aktiv məşğulluq proqramının icrasına kölgə salır. Bir daha qeyd edək ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir, heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt tərtib olunur. Paylanma zamanı isə vətəndaşa kənd təsərrüfatı aktivlərini seçmək üçün şərait yaradılır. Öz razılığı ilə seçdikdən sonra, məmnunluğunu bildirən videogörüntüsü çəkilir, imzası ilə heyvanların keyfiyyətindən razılığını təsdiq edir. Bütün bu materiallar adlı siyahı şəklində DMA-nın rəsmi saytında müvafiq bölmədə yerləşdirilir", - deyə paylaşımda qeyd olunub. Geri qayıt |