Əsas Səhifə > Güney Press / Üçüncü sektor / Manşet > Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR...

Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR...


Bu gün, 09:48

""Canişinliyin" yezidliyi..." "DİA-AZ" xəbər verir ki, bu başlıqla paylaşım edən tanınmış jurnalist Heydər Oğuz Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndə (H.Oğuz "canişin" deyə ifadə edir -red.) Fuad Nəcəfli ilə bağlı ilginc bir faktı açıqlayıb.
H.Oğuz yazır: "Çoxdandır, Bakıya çağırıb danlamırlar deyə, Naxçıvan “canışınliyi”nin yenə yezidliyi tutub.
Məlumata görə, Naxçıvanın MR Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, AMEA-nın Naxçıvan Bölməsi, Maliyyə Nazirliyi və s. strukturların işçilərini məcburi qaydada Aşura günü iməciliyinə çıxarıblar. Binəva işçilər Kərbəla şəhidləri kimi susuzluqdan yana-yana işləyiblər.
İddianı əldə etdiyimiz bir sənəd də təsdiqləyir. Sənəddə bildirilir ki, iyul ayının 5-də Naxçıvanın yaşıllıq sahələrində saat 9.30-dan 12.00-a qədər aqrotexniki qulluq və suvarma işləri aparılmalıdır. Diqqətçəkici məqam odur ki, 5 iyul 2025-ci il tarixi Məhərrəm ayının 10-a, yəni Aşura gününə təsadüf edirdi. Həmin gün bir çox müsəlman ölkələrində İmam Hüseynin zalımcasına qətli qeyd olunur, hətta dükanlar, fabrikalar belə işləmir. Naxçıvanda isə Aşura günü iməcliyi keçirilib. Özü də hansı dəqiqələrdə? Qətlin baş verdiyi günün 1-ci yarısında. Görünür, “canişin” əfəndi eynilə Yezid ordusu kimi Naxçıvan şiələrinə zülm etməyi qarşısına məqsəd qoyub və bu vəzifəsini mükəmməl şəkildə həyata keçirib.
Halaldır belə “canişin”ə. Amma o, həqiqətdə kimin "canişini"dir? Bax, bu suala cavab tapa bilmirəm..."


Geri qayıt