Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağ Azadlıq Təşkilatı müharibə tələb edir

Qarabağ Azadlıq Təşkilatı müharibə tələb edir


12-05-2014, 11:55
Qarabağ Azadlıq Təşkilatı müharibə tələb edir
Mayın 12-də Qarabağ Azadlıq Təşkilatı bəyanat yayaraq 20 ili tamam olan atəşkəs rejimini Azərbaycan xalqı üçün çox böyük təhqir hesab etdiyini vurğulayıb: “Bu 20 il rəzalət və şərəfsizlik tarixidir. Heç bir hakimiyyət, heç bir cəmiyyət bu rəzalətə, təhqirə dözməli deyil. Bu qədər vaxt ərzində rəzalətin davam etməsinin, torpaqlarımızın işğal altında qalmasının məsuliyyəti hakimiyyətin, hər bir siyasi partiya və ictimai təşkilatın, hər bir vətəndaşın üzərinə düşür. Heç kəs yaxasını kənara çəkməsin, məsuliyyətdən qaçmasın.

Biz 20 ildir ki, beynəlxalq təşkilatların yalanlarına inanır, onların bizi aldatmasına razılaşır, özümüz özümüzü aldadırıq. Bu 20 il qəti şəkildə göstərdi ki, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinin, torpaqlarımızın işğaldan azad olunmasının ancaq bir yolu var, o da hərbi yoldur. Qarabağın azadlığı Rusiyadan, Amerikadan, hər hansı beynəlxalq təşkilatdan deyil, on minlərlə azərbaycanlı şəhidin töküləcək qanından asılıdır. Torpağı işğal altında, namusu, şərəfi düşmən tapdağında olan millət və dövlət töküləcək qanlardan, veriləcək itkilərdən çəkinməməlidir. Biz ayağa qalxmalı, heç bir itkiyə baxmadan müqəddəs savaşa başlamalıyıq. Bunu bizdən dinimiz də, vicdanımız da, vətəndaş borcumuz da tələb edir.

Biz beynəlxalq vasitəçilərin bütün təklif və təşəbbüslərini rədd edir və Azərbaycan hakimiyyətindən torpaqlarımızın azad edilməsi üçün dərhal müharibəyə başlamağı tələb edirik!”

Geri qayıt