Əsas Səhifə > Güney Press > Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb

Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb


Dünən, 17:34

Rusiyadakı turoperatorlar Azərbaycandakı rusiyalı turistlərdən şikayət almayıb.

Bu barədə “Report” Rusiya Turoperatorlar Assosiasiyasına istinadən xəbər verir.

"Bu istiqamətdə işləyən assosiasiya üzvü olan turoperatorlar müştərilərdən şikayət və ya Azərbaycandan vaxtından əvvəl qayıtmaq üçün sorğu almayıblar. Bronların ləğvi silsilə xarakter daşımır", - assosiasiyadan qeyd ediblər.

Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, hazırda Azərbaycanda turpaketlərlə səfərdə olan təxminən 250 rusiyalı turist var.

Bu ilin yanvar-aprel aylarında Azərbaycana təxminən 180 min rusiyalı səfər edib. Assosiasiyanın ekspertlərinin qiymətləndirməsinə görə, bu axında turpaketlərlə səfərdə olan turistlərin payı təxminən 2,5 % təşkil edir.

Qeyd edək ki, çərşənbə günü Rusiyanın Azərbaycandakı səfirliyi bəyanat verərək, guya ölkədə olan, o cümlədən turizm məqsədilə gələn Rusiya vətəndaşlarının sənədlərinin yoxlanıldığını, Azərbaycanda qalma məqsədləri ilə maraqlanıldığını, onlara qarşı fiziki zorakılıq tətbiq edildiyini bildiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin bu iddialarını əsassız adlandırıb.


Geri qayıt