Əsas Səhifə > Güney Press > Rusiyadan daha bir RƏZALƏT

Rusiyadan daha bir RƏZALƏT


Dünən, 13:15

Sankt-Peterburqda yeniyetmələr arasında baş verən şəxsi zəminli münaqişə Rusiya hakimiyyəti tərəfindən azərbaycanlı ailənin, o cümlədən uşaqların deportasiyası ilə nəticələnib.
Bakupost.az rus mediasına istinadən xəbər verir ki, 16 yaşlı rusiyalı yeniyetmə ilə azərbaycanlı ailədən olan 13 yaşlı oğlan arasında internet üzərindən başlayan mübahisə sonradan davaya çevrilib.
Hadisənin yeniyetmələr arasında baş verməsinə baxmayaraq, polis əvvəlcə azərbaycanlı yeniyetməni, daha sonra onun atasını, ardınca isə bütün ailəni saxlayıb.
Rusiya Daxili İşlər Nazirliyi ölkədən 13 yaşlı yeniyetmənin, onun valideynləri, qardaşı və bacısının deportasiya edildiyini bildirib.

Geri qayıt