Əsas Səhifə > Güney Press > AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görəBu gün, 11:35 |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi elan etdiyi iki iri tenderi yekunlaşdırıb. FED.azxəbər verir ki, bu tenderlər yol infrastrukturunun təkmilləşdirilməsi və təhlükəsizliyinin artırılması istiqamətində vacib addımlardan biridir. Birinci tenderdə respublika ərazisində xətlənmə işlərinin satın alınması həyata keçirilib. Bu işlər üçün ayrılan vəsaitin məbləği 17.603.241,01 AZN təşkil edib. İkinci tenderdə isə yolların nişanlanma işləri satın alınıb və bunun üçün 14.692.116 AZN dəyərində maliyyə vəsaiti ayrılıb. Sözügedən tenderlərin qalibi “STP-Btech” MMC (VÖEN: 2907446991) şirkəti olub. Beləliklə, “STP-Btech” MMC ümumilikdə 32.295.357,01 AZN məbləğində iki tender layihəsini icra etməklə Azərbaycan yol infrastrukturunun keyfiyyətinin artırılmasına mühüm töhfə verib. Qeyd edək ki, “STP-Btech” MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 400 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emre Yalçındır. Hüquqi ünvanı AZ5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev, Texno-Park sahəsində yerləşir. Geri qayıt |