Əsas Səhifə > Güney Press > DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıbDünən, 17:59 |
“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. Bu barədə "DİA-AZ"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var: "Əməliyyatla bağlı əlavə məlumat veriləcək", -deyə məlumatda qeyd edilir. Geri qayıt |