Əsas Səhifə > Güney Press > Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edibDünən, 17:54 |
Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin kollektivinə yeni təyin olunmuş direktor Andranik Simonyanı təqdim edib. "Report" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. N.Paşinyan son illərdə Xidmətin kifayət qədər ciddi transformasiya və islahat prosesi keçirdiyini bildirib. O qeyd edib ki, Milli Təhlükəsizlik Xidmətinin gələcək inkişafı üçün strategiya layihəsi hazırlanıb və formalaşdırılıb. Bildirilib ki, bu layihə yaxın zamanda müəyyən olunmuş qaydada qəbul ediləcək. Geri qayıt |