Əsas Səhifə > Güney Press > Rüsvayedici məlumatlarla hədə-qorxu

Rüsvayedici məlumatlarla hədə-qorxu


Dünən, 17:16

Vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda təqsirləndirilən Taleh Qədirovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Taleh Qədirov 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, ötən ilin iyul ayında saxlanılaraq istintaqa təhvil verilib.


Geri qayıt