Əsas Səhifə > Güney Press > Paşinyan keşişlərə:

Paşinyan keşişlərə:


Dünən, 12:23

“Tanrı qarşısında könüllü olaraq içilən subaylıq andını pozmaq və bununla da kilsəni murdarlamaq olmaz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Erməni Apostol Kilsəsinin bütün evli keşişləri mənim qardaşlarımdır, çünki onlar nə xalqı, nə də Tanrını aldadırlar. Əlbəttə, onlar da mükəmməl deyillər, mən özüm də mükəmməl deyiləm. Qüsurlar ola bilər, amma Tanrı qarşısında könüllü olaraq içilən subaylıq andını pozmaq və bununla da kilsəsi murdarlamaq tamam başqa şeydir”, - baş nazir qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib.

Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.

Ermənistan KİV-in məlumatına görə, II Qareginin Xatun Qriqoryants adlı qızı var.


Geri qayıt