Əsas Səhifə > Güney Press > Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?

Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?


Bu gün, 10:35

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a muxtar respublikanın Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bərpa və konservasiyasının aparılması ilə bağlı bir müddət əvvəl “Atelier Erich Pummer GmbH” Şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, abidənin bərpası və konservasiyasına sərf olunacaq vəsaitin həcmi 3 811 993,67 manat müəyyənləşib.

Qeyd edək ki, Prezident İlham Əliyev may ayının 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvanın Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.


Geri qayıt