Əsas Səhifə > Güney Press > "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"Dünən, 23:49 |
Bu barədə APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib. O, iyunun 27-də 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və digər azərbaycanlılara qarşı tətbiq edilən zorakılığın təfərrüatlarını danışıb: Elgiz Səfərov qeyd edib ki, "maskalılar"ın ilk işi kafedəki müşahidə kameralarını sındırmaq olub: " Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım məlumata görə, o biri əmilərimi atamdan daha çox döyüb, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər”. Elgiz Səfərov bildirib ki, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər: "Müşahidə kameralarını çıxartdırandan sonra bizi döyməyə başladılar. Biləndə ki mən kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan “dubinka” ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”. E. Səfərov əmilərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığı, qabırğalarının sındırıldığını söyləyib. E. Səfərov atası və əmilərinin 2001-ci ildə başqa bir azərbaycanlının qətlində şübhəli bilindiklərinə görə saxlanıldığını qeyd edib: “Mən həmin vaxt öldürülən azərbaycanlının kim olduğunu bilmirəm. İndi onlar deyirlər ki, bu cinayəti bizimkilər boyunlarına almalıdırlar”. Geri qayıt |