Əsas Səhifə > Güney Press > Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA

Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA


Bu gün, 10:47

İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.


Geri qayıt