Əsas Səhifə > Güney Press > "Ailələrin dağılma səbəbi budur"

"Ailələrin dağılma səbəbi budur"


Bu gün, 14:46

Meyxanaçı Rüfət Nasosnu boşanmaların səbəbinin sosial şəbəkələr olduğunu deyib.


Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O bildirib ki, sosial şəbəkədəki tanışlıqların aqibəti ayrılıqla bitir:

"Boşanmaların səbəbi sosial şəbəkədədir. İnsan tanış olanda pis xüsusiyyətlərini demir: demir içirəm və evdə dava salıram, anam gəlini yola vermir, qızın ailəsi gələndə dava salacağam. Hamı yaxşı xüsusiyyətindən danışır. Sonra ailə qururlar və görürlər ki, tam tərsi imiş. Sosial şəbəkəyə girir görür filankəsin ailəsi gəzməyə getdi. Evdə söz-söhbət yaranır ki, məni də apar. Ailədaxili münaqişələr buradan başlayır".


Geri qayıt