Əsas Səhifə > Güney Press > Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı
Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdıBu gün, 10:16 |
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın yaxınlarda Katolikos II Qarekinlə görüşü zamanı onu hakimiyyətin hücumlarına qarşı soyuqqanlı qalmağa və təxribatlara uymamağa çağırdığı bildirilib. Ter-Petrosyan qeyd edib ki, konstitusiyaya əsasən Ermənistan Apostol Kilsəsi dövlətdən ayrıdır və hakimiyyətin kilsəyə iradə diktə etməyə heç bir hüququ yoxdur. Qəzetin məlumatına görə, sabiq prezident həmçinin vurğulayıb: Öz növbəsində Katolikos II Qarekin son vaxtlar ona qarşı təhdidlərin və şantaj cəhdlərinin artdığını bildirib. Onun sözlərinə görə, müxtəlif vasitələrlə istefaya getməsi üçün təzyiqlər edilir, lakin o, müqavimət göstərməkdə davam edir. Geri qayıt |