Əsas Səhifə > Güney Press > Tramp və Netanyahunun İran planı bu idi

Tramp və Netanyahunun İran planı bu idi


Bu gün, 07:42

İran və İsrailin qarşılıqlı hücumları dayandırması kövrək bir atəşkəs rejiminin formalaşmasına səbəb olub”.

Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, ABŞ və İsrailin İran daxilində sosial narazılıqları alovlandırmaq planları istənilən nəticəni vermədi:

“Təl-Əviv və Vaşinqtonda düşünürdülər ki, hücumdan sonra xalq rejimə qarşı ayağa qalxacaq, amma bu baş vermədi. Əksinə, İran elitası və cəmiyyət qısa müddətdə toparlandı.

ABŞ daxilində İrana qarşı genişmiqyaslı müharibəyə dair ciddi fikir ayrılıqları mövcuddur. Vaşinqtonun siyasi dairələrində konsensus yoxdur. Bu səbəbdən ABŞ regional eskalasiyaya getmək istəmir. İstər Ağ Ev, istərsə də Pentaqon bu mərhələdə vəziyyəti nəzarətdə saxlamaq niyyətindədir.

Hazırkı vəziyyət onu göstərir ki, tərəflər hələlik birbaşa genişmiqyaslı müharibədə maraqlı deyillər. Lakin regionda baş verənlər, xüsusilə də raket diplomatiyasının ön plana çıxması, istənilən an vəziyyətin yenidən alovlanmasına zəmin yarada bilər. Belə bir şəraitdə atəşkəs rejiminin nə qədər davamlı olacağı, böyük ölçüdə geosiyasi iradə və diplomatik kanalların effektivliyindən asılı olacaq”.


Geri qayıt