Əsas Səhifə > Güney Press > 6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə:

6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə:


Dünən, 17:48

Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2 nömrəli nasos stansiyasından çıxan D=720 mm-lik təzyiqli borunun 1.9 km-lik hissəsinin təmiri üçün "İNVESTAZ" MMC ilə müqavilə bağlayıb.

32gun.azxəbər verir ki, müqavilə 429.000 AZN məbləğindədir.

Qeyd edək ki, tenderin qalibi olan "İNVESTAZ" MMC-nin nizamnamə kapitalı cəmi 6 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Qafarov Rəhmət oğludur. Hüquqi ünvan isə Təzəkənd kəndi, rayon ərazisində qeyd olunub.

Satınalma Dövlət Su Meliorasiya və İrriqasiya sistemləri üzrə aparılsa da, qalib şirkətin maliyyə və texniki göstəriciləri suallar doğurur.


Geri qayıt