Əsas Səhifə > Güney Press > "Bu, tamam başqa bir hissdir"

"Bu, tamam başqa bir hissdir"


Dünən, 17:35

Əməkdar artist Abbas Bağırov aparıcı Leyla Quliyeva ilə maraqlı video yayımlayıb.

Axşam.az xəbər verir ki, videoda müğənni ilə aparıcının mahnı oxuması əks olunub.

Bağırov görüntülərə "Musiqiyə bağlı bir insanam. Musiqi mənim həyatımda və bu gün bu səhnədə olmağımda çox böyük rol oynayıb. Bu haqda saatlarla danışa bilərəm, amma bir şeyi xüsusilə vurğulamaq istəyirəm: "Qaytağı" ansamblının olduğu hər yer, Xalq artisti, mənim əvəzolunmaz, doğma və dəyərli ustadım Ənvər Sadıqovun varlığı – bunlar mənim üçün çox böyük mənadır. Bəzən içimizdəki musiqi o qədər daşır ki, belə gözəl səhnələrdə expromt çıxışlarımız yaranır. Bu isə mənim üçün təkcə bir ifa yox, bir dəyərdir. Əzizim Leyla Quliyeva ilə musiqi dünyasında birgə olmaq isə tamam başqa bir hissdir — sanki başqa bir aləmdə oluram" sözlərini yazıb.


Geri qayıt