Əsas Səhifə > Güney Press > Mülayim cənub küləyi əsəcək
Mülayim cənub küləyi əsəcəkBu gün, 12:25 |
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən "DİA-AZ"a verilən məlumatına əsasən, havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə +16 dərəcədən +21 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +7 dərəcədən +12 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq. Geri qayıt |