Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər...

UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər...


Dünən, 12:04

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 180-dən çox tələbəsinə qarşı haqsızlıq edilib. "DİA-AZ" bildirir ki, bu barədə UNEC rəhbəri rektoru Ədalət Muradova gileylərini ünvanlayan valideynlər bildirirlər.

Qeyd edək ki, artıq onlarla belə müraciət rektora ünvanlanıb və biz də onlardan bəzilərini təqdim edirik ki, məsələ ilə bağlı əlaqədar qurum və şəxslər mahiyyət üzrə bilgili olsunlar.

Beləliklə, valideyn Seva Beshirova yazır:

"Hörmətli Ədalət müəllim.
Sizə, haqsız, ən əsası isə qanunsuz olaraq ingilis dili imtahanından kəsilən tələbələrin valideynləri adından yazırıq. Buna səbəb tələbənin imtahan vərəqində adını və soyadını göstərməsidir. Sizin metodunuz tələbənin bilik səviyyəsinin müəyyən edilməsində qeyri-obyektivliyi maksimum dərəcədə istisna edir. Amma bu vəziyyətdə tələbələrin biliyinin qiymətləndirilməsinin obyektivliyinə nəzarətin bu mexanizminin imtahandan sonra elan edilmiş bir yenilik olduğunu nəzərə almaq çox vacib və zəruridir. Bunu nəzərə alaraq və obyektivliyinizə güvənərək, fənnin özünün bilavasitə biliyinin müəyyən edilməsini rəhbər tutaraq, layiqli qiymətlərin verilməsində pedaqoji, valideynlik və ən əsası insani sədaqət nümayiş etdirməyinizi xahiş edirik. Əminik ki, sizin obyektivliyiniz tələbələrinizin şəxsi inkişafının formalaşmasında çox mühüm amilə çevriləcək..."
Digər valideyn - Rena Axmedova dabunları qeyd edir:
"Hörmətli Ədalət müəllim! Biz tələbələr və valideynlər adından öz şikayətimizi Sizə təəssüflə bildirmək istəyirik. İngilis dili fənnindən keçirilən imtahanda ad və soyad yazıldığı üçün 180 tələbə haqsız olaraq kəsilib.Tələbərin ad, soyad yazmasının qadağan edildiyi barədə rəsmi elan imtahandan sonra 13 iyun tarixində kabinetə yerləşdirildi. Bu qərar nə dərəcədə düzgündür axı? Ad soyadın yazılmasının birincisi səhv və yaxud qusur yox xırda bir nöqsandır, ikincisidə imtahanın qiyməti hansısa subyektiv amillərdən yox obyektiv amillərdən, yəni ingilis dilinin mahiyyətçə biliyinnən formalaşdırılmalıdır.İmtahanı yüksək və yəxud yaxşı səviyyədə yazıldıgı halda, 180 tələbənin ( ƏLACI VƏ ZƏRBƏCİLƏRİN), eyni anda kəsilməsi?... Xahiş edirik bu məsələyə ciddi yanaşasınız. Gərəkdirsə, məktubların yenidən yoxlanılmasını və məzmuna görə qiymətləndırilməsini sizdən xaiş edirik..."
Tələbələrdən, yəni haqsız olaraq imtahandan kəsilmiş tələbələrdən biri - Раиса Витальевна isə bunu qeyd edir:
"Biz UNEC tələbələri olaraq, ingilis dili imtahanı ilə bağlı yaranmış vəziyyətə görə dərin narahatlıq hissi keçiririk.
Hazırda bu məsələ ilə bağlı portal.edu.az üzərindən rəsmi şikayət təqdim olunub, tələbələrin bir qrupu tərəfindən petisiya hazırlanaraq Təhsil Nazirliyinə göndərilmişdir. Bununla yanaşı, məsələ sosial şəbəkələrdə də geniş ictimai dəstək qazanmışdır — 650-dən çox bəyənmə və 180-dən artıq şərh toplanmışdır.
Ümid edirik ki, universitet rəhbərliyi bu məsələni obyektiv şəkildə araşdıracaq və tələbələrin hüquqları qorunacaq. Əgər mümkündürsə, nəticələrin yenidən qiymətləndirilməsi təmin olunsun və rəsmi mövqe tezliklə açıqlansın..."
Başqa bir tələbə - Farman Aliyev bunları bildirir:
"Biz UNEC tələbələri olaraq, ingilis dili imtahanı ilə bağlı yaranmış vəziyyətə görə dərin narahatlıq hissi keçiririk.
Hazırda bu məsələ ilə bağlı portal.edu.az üzərindən rəsmi şikayət təqdim olunub, tələbələrin bir qrupu tərəfindən petisiya hazırlanaraq Təhsil Nazirliyinə göndərilmişdir. Bununla yanaşı, məsələ sosial şəbəkələrdə də geniş ictimai dəstək qazanmışdır — 650-dən çox bəyənmə və 180-dən artıq şərh toplanmışdır.
Ümid edirik ki, universitet rəhbərliyi bu məsələni obyektiv şəkildə araşdıracaq və tələbələrin hüquqları qorunacaq. Əgər mümkündürsə, nəticələrin yenidən qiymətləndirilməsi təmin olunsun və rəsmi mövqe tezliklə açıqlansın.
Təşəkkür edirik..."
"DİA-AZ" olaraq bildiririk ki, bu kimi müraciətlərin sayı onlarladır və məsələni diqqətdə saxlayaraq növbəti yazıda digər valideyn və tələbələrin də rektora ünvanladıqları müraciətləri təqdim etməyə çalışacağıq... Bizi izləməyə davam edin...

Geri qayıt