Əsas Səhifə > Güney Press > Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib

Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib


Dünən, 10:35

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.

“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda qeyd edilib.


Geri qayıt