Əsas Səhifə > Güney Press > Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Daha bir şirkətin rəhbərinə "stop" qoyulduBu gün, 10:14 |
Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "MGN Group” şirkəti barəsində məhkəməyə ərizə ilə müraciət edib.
Valyuta.az xəbər verir ki, qurum ərizəsində şirkətin dövlət büdcəsinə ümumilikdə 47 112,34 manat borcu olduğunu, lakin borcun ödənilmədiyini göstərib. Qurum məhkəmədə xahiş edib ki, borc ödənilədək şirkət rəhbərinin ölkədən çıxışına "stop” qoyulsun.
İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Zeynəb Axundova qurumun ərizəsini təmin edib.
Qeyd edək ki, "MGN Group” şirkəti 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Quliyev Ümüd Faiq oğludur.
Geri qayıt |