Əsas Səhifə > Güney Press > Ermənistanda keçmiş şəhər meri saxlanılıb

Ermənistanda keçmiş şəhər meri saxlanılıb


Dünən, 17:04

Ermənistanın Vanadzor şəhərinin keçmiş meri Samvel Darbinyan qulluq mövqeyindən istifadə etməklə, xüsusilə külli-miqdarda çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb.

APA “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.Bildirilib ki, bu ittihamla ümumilikdə 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların dördü saxlanılıb.


Geri qayıt