Əsas Səhifə > Güney Press / Partiya > “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək”
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək”Bu gün, 10:45 |
“Neftin qiymətinin artması büdcə gəlirlərimizi artırır. Dövlət büdcəmiz sosial büdcədir. Belə ki, büdcənin 40%-dən çox hissəsi sosial xərclərə xərclənir. Bununla yanaşı büdcəmiz qarşısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası kimi vacib məsələ dayanır. Büdcə gəlirlərinin artması həm də Böyük Qayıdaşa dair Dövlət Proqramının sürətlə icra olunmasına və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına yol açır”. Bu sözləri Pravda.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov neftin bahalaşması fonunda pensiya və müavinətlərin artırılması təklifinə münasibət bildirərkən deyib. Sədr müavini qeyd edib ki, ölkəmizdə pensiya və müavinətlərin artırılması davamlı xarakter daşıyır: “Belə ki, 2018-ci ildən sonra 4 milyon insanın sosial vəziyyətinə müsbət təsir edən və 7 milyard manatdan çox maliyyə tutumlu olan 5 sosial paket icra olunmuşdur. Bu il də dövlət başçımızın fərmanı ilə 32 istiqamət üzrə müavinətlər və təqaüdlər artırıldı. Təbii ki, pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək". Geri qayıt |