Əsas Səhifə > Güney Press > İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölübBu gün, 09:10 |
İsmayıllı rayonunda bir müddət əvvəl oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib. APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdi. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. APA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb. Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Geri qayıt |