Əsas Səhifə > Güney Press > Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardıBu gün, 14:00 |
Saatlı rayonunda 28 yaşlı oğlan qonşu qadına qarşı seksual hərəkətlər edib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə bu il iyunun 18-də Saatlı rayonunun kəndlərindən birində baş verib. 1997-ci il təvəllüdlü Azər Məmmədov (ad-soyad şərti verilib – red.) həmin gün gecə saat 3 radələrində qonşusu İsanın evinə girib. O, evin qonaq otağında İsanın həyat yoldaşı Mayanı yuxudan oyadıb və hədə-qorxu gəlməklə evin həyətinə çıxarıb. Azər qadını həyətdə hamama aparıb, orada ona qarşı seksual hərəkətlər edib. Qadın polisdə verdiyi izahatında göstərib ki, iyunun 17-də saat 22 radələrində ev işlərini gördükdən sonra qonaq otağındakı divanda yatıb: “Ərim isə öz yataq otağında, oğlum Sənan isə digər otaqda yatmışdı. Gecə saat 1 radələrində evdə səs eşitdim. Oyananda bir adamın evin içərisində gəzişdiyini gördüm. Otaq qaranlıq olduğu üçün əvvəl elə başa düşdüm ki, ərimdir. Sonra arıqlığına görə oğlum Sənana oxşatdım. Hətta dedim ki, Sənan, niyə yuxudan tez durmusan? Həmin adam mənə yaxınlaşdı, hər iki əli ilə ağzımdan tutdu, yatdığım yerdən qaldıraraq sağ çiyni üzərinə qoydu, məni evdən həyətə çıxardı. Həmin vəziyyətdə məni daşdan tikilmiş hamamın qarşısına gətirdi və kürəyi üstü yerə yıxdı. Özü də üzərimə uzandı, bir dəfə boyun nahiyəmdən öpdü. Onu hər iki əlimlə kənara itələdim. Ayağa qalxıb əvvəl əynindəki şalvarının dizinə kimi soyundu, sonra iç geyim paltarını aşağı çəkdi və mənimlə cinsi əlaqədə olmaq istədi. Mən imkan vermədim”. Daha sonra qadının ailə üzvləri gəlib və Saatlı Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis şöbəsinin məsul şəxsləri şikayət əsasında Azər Məmmədovun evinə yollanıblar. Onları Azərin atası qarşılayıb. Bu zaman evdən çıxan Azər ünvansız küçə söyüşləri söyüb və polisin qanuni tələlərinə tabe olmayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib. Saatlı Rayon Məhkəməsinin qərarı ilə Azər 8 gün müddətinə inzibati qaydada həbs edilib. Geri qayıt |