Əsas Səhifə > Güney Press > “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilirBu gün, 10:59 |
12 avqust 2025-ci il saat 11.00-da “Azərelektroterm” ASC-nin səhmdarların növbəti illik ümumi yığıncağının məsafədən (onlayn qaydada) keçirilməsi nəzərdə tutulur. FED.azxəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Cəmiyyətin 2024-cü il üzrə illik maliyyə hesabatının təsdiq edilməsi. 2. Cəmiyyətin baş direktorunun vəzifədən azad edilməsi və yeni baş direktorun seçilməsi. Qiyabi keçirilən ümumi yığıncağın gündəliyinin materiallarını və əlavə məlumatları “Azərelektroterm” ASC, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi (keçmiş 1222-ci küçə) 12 nömrəli ünvandan əldə etmək olar. Əlaqə telefonu –(070)-565-75-18. Geri qayıt |