Əsas Səhifə > Güney Press > Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib

Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib


Dünən, 17:45

Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APAxəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.


Qərara əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğuna görə icraata xitam verilib.

Qeyd edək ki, Ədliyyə Naziriliyinin rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.

A.Novruzov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırma aparılıb.

Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işində 11 nəfər zərərçəkmiş qismində tanınıb.


Geri qayıt