Əsas Səhifə > Güney Press > Şirkətin borcu 13 milyon manatı ötdü

Şirkətin borcu 13 milyon manatı ötdü


Dünən, 17:19

"Metal Trader LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu var.
Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13.115.634,65 AZN vergi borcu yaranıb.
Qeyd edək ki, "Metal Trader LTD" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Muslim Gassanovdur.
2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkət də təmsil olunub. Sözügedən borca görə, Muslim Gassanovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Geri qayıt