Əsas Səhifə > Güney Press / Ana xəbər > “Kürd olsaydım indi ya prezident, ya da parlament sədri idim”
“Kürd olsaydım indi ya prezident, ya da parlament sədri idim”9-05-2014, 11:44 |
![]() Gürcüstanın azərbaycanlı eks-deputatı, 2008-ci il prezident seçkilərində namizəd, “Gürcüstan Naminə” partiyasının sədri Fazil Əliyev Avrasiya.net-ə qısa müsahibə verib - Gürcüstandas olan imkanlı azərbaycanlılar soydaşlarımıza hansı sahələrdə maliyyə dəstəyi göstərirlər. Ümumiyyətlə onların hüquqlarının pozulmasında dayaq olurlarmı? - Bu gün demək olar ki, Gürcüstanda yaşayıb imkanlı olan heç bir azərbaycanlı türkü yoxdur. Söhbət burada yaşayanlardan gedir. Olub, galanın da əlində nə var idisə Sakkaşvili alıb. Elə onların özlərinin pozulmuş huquqlarını müdafiə etməyə ehtiyac var. Demək olar ki, həm Azərbaycan hakimiyyəti, həm də Saakaşvili dönəmində Gürcüstan hakimiyyəti burada yaşayan Azərbaycan türklərinin tam sındırılması siyasəti apardılar. Son ildə Gürcüstan türklərinə divan tutuldu, amma 30-a yaxın məhkəmə sisteminə, ele o qədər də prokurorluq sisteminə kürd millətinin nümayəndəsi yerləşdirildi. Mənin onlara qarşı heç bir iradım yoxdur, amma Gürcüstanda yaşayan kürdlərin sayı cəmisi 10 min olduğu halda, türklərin sayı 800 mindən artıqdır. Açıq-aşkar görünür ki, bu Bakının siyasətidir və burada olan ağıllı türkləri hər vasitə ilə sındırıb gözdən salmaq istəyirlər. Amma unudurlar ki, Borçalı başqa yer deyil, inşallah ayağa qalxıb Gürcüstan hakimiyyətinin bu yarıtmaz siyasətinə sözünü deyəcək. - Rusiyadakı azərbaycanlı oliqarx Söyün Sadıqov Azərbaycan mediasına müsahibələrinin birində deyib ki, Borçalıda azərbaycanlıların hüquqları pozulmur… - Söyün Sadıqovu nə ciddi adam, nə də xüsusən siyasətçi kimi tanıyıram. Hər Gürcüstanda anadan olan Borçalı türkü deyil. Bəzi adamlar əlləri hər yerdən kəsiləndə Borçalı adından bazar qurmağa başlayırlar. Borçalı türkü burada çətin olsa belə vətəni goyub qaçmayan, hər əziyyətə dözənlərdir. Kənardan bizə ağıl verənlərə gülməyimiz gəlir. Borçalı cəmiyyətində, onların səviyyəsi Borçalının adi kənd müəllimlərinin səviyyəsindən qat-qat aşağıdır. - İndi nurçu və vəhabi məsələsi gündəmdədir. Gürcüstandakı soydaşlarımız arasında bu kimi təriqət üzvləri varmı? Ümumiyyətlə onlar Gürcüstan dövləti üçün də təhlükəli sayılırlarmı? - Çox əfsuslar olsun ki, var. Bu da yenə Bakıdan gəlir. Qafqaz Müsəlmanları İdarəsinin yarıtmaz siyasəti burada bizim dinimizi pis günə qoyub. Səviyyəsiz və bəlkə də cinayətlə məşqul olanları bizə imam təyin etdilər. - Müsahibələrinizin biridə qeyd etmisiniz ki, rəsmi Bakı tərəfindən qəbul edilmirəm. Səbəb? -Rəsmi Bakı tərəfindən qəbul olunmamağım təmiz və saf türk, yüksək məktəb keçmiş intellekt olmağımdır. Mən görürəm ki, Bakı da bəzi Gürcüstan hakimiyyətində olanlar kimi axmaqlar axtarırlar ki, 100 dollar verib istədiklərini dedizdirsinlər. Mən də kürd olsaydım indi ya Saakaşvili kimi prezident, ya da parlament sədri idim. - Gürcüstanda yenidən hansısa rəngdə inqilab görünürmü? - Gürcüstanda durum o qədər də yaxşı deyil. Çünki hakimiyyətə gələn iqtidar xalqa verdiyi vədlərə əməl etmədi. Düşünürəm ki, belə davam etsə mən də təkrar müxalifətə qoşulub Saakaşvili cinayət dəstəsinin həbs olunmasını, xalqa qarşı törədilən cinayətlərin açılmasının və zorla alınmış mülklərin qaytarılmasına çalışacam. - İndi siz iqtidaryönlü partiya hesab edilirsiz? Əgər belədirsə bəs niyə hakimiyyət dairələri tərəfindən qəbul olunmursunuz? - Mən iqtidar partiyası deyiləm. Konstruktiv müxalifət rolundayıq. Çalışırıq ki, hakimiyyətə kömək edək ki, Gürcüstanı çətin durumdan xilas edək, saakaşvilinin quldur dəstələrini siyasətdən silək. Yox, əgər hakimiyyət bunu etməyə səy göstərməsə, onda konstruktiv yox, radikal müxalifətə çevriləcəyik. Mənim indiki hakimiyyətlə çox yaxşı münasibətlərim var. Millət vəkillərinin əksəriyyəti milli azadliq hərəkatı dövründən dostlarım olub. Həm qanunverici, həm də icraedici hakimiyyətdə tanışlarımız çoxdur. Geri qayıt |