Əsas Səhifə > Güney Press > Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi

Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi


Dünən, 12:24

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Prosesdə Eyvaz Niftəliyev özünü təqsirli bilib, Ramis Hümmətov isə təqsirli bilməyib.

Hakimlər sübutları araşdırılması mərhələsinin müəyyən edilməsi üçün tərəflərin fikrini öyrənib.

Dövlət ittihamçısı əvvəlcə zərərçəkmiş şəxslərin, daha sonra təqsirləndirilən və şahidlərin dindirilməsini təklif edib. Tərəflər təklifə etiraz etməyiblər.

Hakimlər sübutların araşdırılması mərhələsində əvvəlcə zərərçəkmişlərin, daha sonra şahid və təqsirləndirilən şəxslərin dindirilməsini ilə məhkəmənin davam etdirilməsi barədə qərar qəbul ediblər.

Növbəti proses iyulun 3-də davam edəcək.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub.


Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunub.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eyvaz Niftaliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə əmək müqaviləsi bağlayıb və bəzi işlər görmək istəyib.

Amma sonradan zərərçəkmiş şəxslərdən aldığı pulları ələ keçirib.


Geri qayıt