Əsas Səhifə > Güney Press > ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşırBu gün, 07:00 |
ABŞ-nin yüksək səviyyəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var. Eyni zamanda, ABŞ-nin bir neçə federal agentliyin yüksək səviyyəli rəhbərliyi də zərbəyə hazırlaşır. Mənbələr bildiriblər ki, Amerika lideri Donald Trampın ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər respublikaçı müttəfiqlərin təzyiqi nəticəsində xeyli dəyişib. Mənbələrin məlumatına görə, senator Lindsi Qrem (Cənubi Karolinadan, ABŞ-dan olan respublikaçı – red.) Trampı fəal şəkildə Tehrana qarşı hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirməyə çağırıb. Geri qayıt |