Əsas Səhifə > Güney Press > Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib

Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib


Dünən, 19:42

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna və İrandakı vəziyyəti müzakirə edib.

APA-nın məlumatına görə, bunu Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.

Tramp bildirib ki, Putin İran-İsrail münaqişəsinin həllində ona vasitəçilik etməyi təklif edib:

"Ona dedim ki, gəlin əvvəlcə Rusiya və Ukrayna ilə bağlı vasitəçilik edək, bundan sonra İran ətrafındakı vəziyyətlə bağlı məşğul olarıq".


Geri qayıt