Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Vəhabilər hansı məmurun görəvdən alınmasına sevinərək ehsan paylayıblar

Vəhabilər hansı məmurun görəvdən alınmasına sevinərək ehsan paylayıblar


9-05-2014, 11:09
Vəhabilər hansı məmurun görəvdən alınmasına sevinərək ehsan paylayıblar
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, anonim mənbələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sabiq sədri Elşad İskəndərovun keçmiş idarəsində gizli işlər həyata keçirdiyini iddia edirlər və bu barədə informasiyanı DİA.AZ olaraq diqətinizə təqdim etmişdik.

Bu gün isə redaksiyamızın elektron poçtuna Elşad İsgəndərova yaxın cəbhədən gəldiyi güman edilən bir məlumat daxil olub. Həmin məlumatda da ilginc iddialar səslənir. DİA.AZ-a yenə də anonim olaraq göndərilən son məlumatı təqdim edirik:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sabiq sədri Elşad İskəndərovun tutduğu vəzifədən azad edilməsindən sonra Azərbaycandakı vəhhabilərin əsl bayram etməsi haqqında müxtəlif İnternet resurslarında xəbərlər yayılmışdı. Amma redaksiyamızın elektron poçtuna daxil olan məktubla tanış olduqdan sonra aydın olur ki, vəhhabilər yalnız Allaha şükür və ehsan süfrələri açmaqla kifayətlənməmək qərarına gəliblər.

Belə ki, anonim qalmasına üstünlük verən mənbə iddia edir ki, Azərbaycandakı vəhhabi şəbəkəsinin “başbilənləri” bir araya gələrək, Elşad İskəndərovun timsalında ölkədə vəhhabiliyə qarşı cüzi fəaliyyət göstərən hər kəsə ibrət dərsi vermək qərarlarını açıqlayıblar. Gizli toplantı zamanı DQİDK-nin sabiq sədrini bir kadr kimi tam sıradan çıxarmayana qədər ondan əl çəkilməməsinə dair fikir yekdilliklə dəstəklənib. Bunun üçün isə 2 üsuldan istifadə olunacaq. Əvvəla, ölkənin imkanlı vəhhabilərinin paralarına və əlaqələrinə əsaslanaraq Elşad İskəndərovun həbsi üçün səylər göstəriləcək. Digər tərəfdən isə, bununla paralel olaraq, sözügedən addıma informasiya bazası hazırlamaq üçün müxtəlif KİV-də dezinformasiya yayılmasına dair qərar qəbul olunub.

Xatırladaq ki, Elşad İskəndərov DQİDK-ya rəhbərlik etdiyi dönəmdə Azərbaycanda fəaliyyət göstərən radikal vəhhabilərə qarşı genişmiqyaslı fəaliyyət aparılmışdı. Xüsusən də vəhhabilərin azərbaycanlı gəncləri aldadaraq Suriyada gedən döyüşlərə göndərmələrinin qarşısı alınmışdı”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt