Əsas Səhifə > Güney Press > Daxili savaş gedir,
Daxili savaş gedir,Bu gün, 12:11 |
İranda dövlət çevrilişi yolu ilə rejim dəyişikliyi Qərbdə hazırlanmaqda olan mümkün ssenarilərdən biridir. Lakin mövcud vəziyyətə əsasən, praktikada bunun icrası rahatlıqla mümkün deyil. Bu sözləri Axar.az-a İran-İsrail münaqişəsini şərh edən rusiyalı politoloq Vitali Arkov deyib. “Mollaların rejimi çox güclüdür. Və bu rejimin Təl-Əviv və Vaşinqtonda Tehrana qarşı bu hərbi kampaniyaya başlayanda onların düşündüklərindən daha güclü olduğu ortaya çıxdı. Ötən onilliklərdə İranda dinin böyük əhəmiyyət kəsb etdiyi, lakin milli ideyanı əvəz etmədiyi möhkəm güc maşını yaradılıb. İranın İsrailə qarşı həyata keçirdiyi və çox təriflənən Dəmir Qübbə sistemi tərəfindən qarşısı tam alınmayan kütləvi zərbələri ya MOSSAD-ın kəşfiyyat nəticələrinin səhv olduğunu, ya da SEPAH-ın israilli həmkarlarını dezinformasiya ilə aldadıb onlardan üstün olduğunu göstərir. Eyni zamanda, İranın yüksək hərbi komandanlığının nümayəndələrinin və aparıcı nüvə alimlərinin məhv edilməsindəki zərgər dəqiqliyinə görə MOSSAD-ın işinə qiymət verməyə dəyər. Digər tərəfdən, Xameneinin səhhətinin pisləşməsi fonunda Tehranın daxili mübarizəsində güclü rəqiblərlə mübarizə aparmaq üçün İranın nüfuzlu generallarının dəqiq yeri ilə bağlı məlumatların qəsdən israillilərə “sızdırıldığı” ehtimalı da var. Burada İranın keçmiş prezidenti İbrahim Rəisinin qəribə ölümünü xatırlamaq kifayətdir”, - o bildirib. Geri qayıt |