Əsas Səhifə > Güney Press > İşəgötürənlər bunu etməyə borcludur...
İşəgötürənlər bunu etməyə borcludur...Bu gün, 08:49 |
Praktikada: əmək münasibətlərində bu qanun pozuntularına da mütamadi olaraq rast gəlinir.
Əmək müqaviləsi ləğv edilmiş İşçiyə: Əmrin surəti, Əmək kitabçası sonuncu iş günü verilmir,onun son haqq-hesabı ödənilmir. Bu İşəgötürən üçün hansı məsuliyyətlər yaradır?Qeyd olunan bu hallar aşağıdakı məsuliyyətə səbəb ola bilır:
1. Əmrin surətini tələb edən işçiyə bir çox hallarda bildirirlər ki, bu sənədi almaq üçün məhkəməyə müraciət etsin.
2.İlk olaraq onu bildirmək istəyirəm ki, Əmək müqaviləsi və Əmək Məcəlləsinin tələblərinə əməl etmək -müqavilə tərəfi olan İşəgötürən və İşçi üçün məcburidir, əks halda bu tərəflər üçün məsuliyyət yaradır.
3.İstər işçilər, istərsə işəgötürənlər və istərsə də başqa fiziki şəxslər ARƏmək Məcəlləsinin və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, sui-istifadə etməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
4. AR-nın Əmək Məcəlləsinə əsasən: İşçi ilə bağlanmış Əmək müqaviləsi: İşəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
5. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin Əmri, onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti - işçinin əmək kitabçası və son haqq hesabı (işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə son iş günü işçiyə verilməlidir.
6. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə İşəgötürən hər gecikdirilmiş gün üçün İşçiyə - əmək haqqının ən azı bir faizi məbləğində ödənc verilməlidir.
7. İşçinin əmək kitabçasının sonuncu iş günü verilməməsi, işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir
8. İşçinin, son haqq-hesabınln sonuncu iş günü verilməməsinə görə qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
9. Eyni zamanda İşçi, bu sənədlərin və son hedabın gec verilməsi ilə əlaqədar dəymiş digər maddi və ya mənəvi zərərinin əvəzini də İşəgötürəndən tələb edə bilər.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)
Geri qayıt |