Əsas Səhifə > Güney Press > İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmırDünən, 17:40 |
İsrail hakimiyyəti hazırda İranla vəziyyətin sabitləşdirilməsi ilə bağlı danışıqlarda iştirak etmir. “Report” “İnterfaks"a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib. "Biz danışıqlar aparmırıq və İsrail vətəndaşlarına ziyan dəyməsinə imkan verməyəcəyik", - o qeyd edib. ABŞ-nin İranla bağlı İsrailin hərbi kampaniyasına qoşulub-qoşulmayacağı sualına cavab olaraq Kats ABŞ-ni İsrailə İranın hücumlarından qorunmağa kömək edən "böyük dost" adlandırıb. "ABŞ Prezidentinin qəbul etdiyi qərarlar yalnız bu ölkənin qərarlarıdır və biz onların hər birinə hörmət edəcək, istənilən yardıma görə minnətdar olacağıq", - nazir əlavə edib. Geri qayıt |