Əsas Səhifə > Güney Press / Ana xəbər > Qorxmaz Hüseynov üşün böyük yeyinti imkanı yaranır

Qorxmaz Hüseynov üşün böyük yeyinti imkanı yaranır


8-05-2014, 16:12
Qorxmaz Hüseynov üşün böyük yeyinti imkanı yaranır
Azərbaycanın ən böyük şirkətlərindən biri olan В«AzərsuВ»nun gəlhagəlidir. TİA.AZ xəbər verir ki, indiyə qədər doğru-düzgün iş görməyən, amma əvəzində milyonlarla manatı göyə sovuran bu şirkət üçün daha bir В«yağlı tikəВ» hazırlanır.

Belə ki, şirkət qarşıdakı 2014-2015-ci illərdə su xətlərinin, kanalizasiya və digər işlərin görülməsi üçün daha 6 milyard manat vəsait alacaq. Bu pulların təyinatı üzrə xərclənib, xərclənməyəcəyi isə məlum deyil. Ona görə ki, В«AzərsuВ» rəhbərliyi indiyə qədər ayrılmış pulların heç də böyük qismini təyinatına uyğun xərcləməyib. Amma görülən işlərdə keyfiyyətinin aşağı olması və bir çox hallarda yarımçıq görülməsi pulların mənimsənildiyindən xəbər verir.

Qeyd edək ki, В«AzərsuВ»nun rəhbərliyi büdcədən ayrılmış pulların böyük qismini heç də kənar adamlarla yemir. Məsələn, o, qaynına yaratdığı şirkətə ASC-nin həyata keçirdiyi bütün tenderləri verib. Bacısı oğluna isə 40 milyonluq bir layihə həvalə edib ki, Hacıqabul və Şirvan camaatı hələ də su gözləyir.

Ehtimal ki, büdcədən ayrılacaq növbəti 6 milyardı da bu şəkildə sil-süpür etmək üçün Qorxmaz Hüseynovun xüsusi planları var. Yəqin ki, həmin pullar da qaynı ilə bacısı oğlunun arasında bölüşdürələcək ki, ortaya da Naftalanda və digər rayonlardakı, habelə Bakı kəndlərindəki acınacaqlı vəziyyət ortaya çıxacaq.

Geri qayıt