Əsas Səhifə > Güney Press > Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir?

Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir?


Dünən, 12:45

Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir?
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB- yi olaraq dəfələrlə bu suala cavab versək də bu barədə sistemli olaraq suallar daxil olur.
Bu əmək münasibətləri ilə bağlı aşağıdakıları bildirirəm:
1.İlk olaraq onu bildirirəm ki,işçilərə ödənilən 5 manat yemək pulundan və ya 20 manat ezamiyyə pulu əvvəzinə ödənilən ödəniçdən
Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən gəlir vergisi tutulmur.
2.Ezamiyyə xərci əvəzinə ödənilən 20 manat vəsaitin ödənilməsi,buna hüququ olan işçiyə ödənilməsi məcburidir, imperativ normadır, və birbaşa olaraq AR-sı Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulur. Belə ki:
3. Azərbaycan Respublikası Nazirlər Kabineti qərarına əsasən: daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə metodu ilə işləyən, çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20,0 manat əlavə vəsait verilir.
4. İşçilərə, daha çox neft sahəsində çalışan işçilərə ödənilən gündəlik 5 manat pul vəsaitinin ödənilməsi isə: Əmək müqaviləsi, Kollektiv müqavilə ilə, İşəgötürənlərin Qərarı əsasında müıyyəm edilir. Qeyd edim ki, bu ödənişlər yuxarıda göstərilən sənədl və şərtlərə əsasən 5 manatdan da çox ola bilır.
5. 5 manat yemək pulu isə daha çox normal iş şəraitində, normal iş rejimində işləyən işçilərə ödənilir.
6. 20 manat pul vəsaitı isə: daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ödənilir. Təbii ki, işəgötürənin könüllü iradəsi ilə bu məbləğ daha artıq ödənilə bilər.
7.20 manat əlavə pul vəsaitinin verilməsində əsas məsələ-bir çox işçilərin də hesab etdiyi kimi əsas yaşayış yeri ilə deyil, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ödənilir.
8.20 manat əlavə pul vəsaitinin verilməsində əsas məsələ odur ki, burada işçi ezamiyyəyə göndərilmir, burada tam ezamiyyə yoxdur, bu müvəqqəti xarakter daşımlr,qlsa müddətli
deyil, daimidir, lakin burada ezamiyyəyı aid əlamətlər də var. Məhz bu əsadan da işçilərə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20,0 manat əlavə vəsait verilir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)

Geri qayıt