Əsas Səhifə > Güney Press > Azərbaycana İsraildən turist axını mayda 98 % artıb
Azərbaycana İsraildən turist axını mayda 98 % artıbDünən, 10:24 |
Bu ilin may ayında Azərbaycana 244079 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. “Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur. Hesabat ayında Azərbaycana ən çox turist 62809 nəfər olmaqla Rusiyadan gəlib. Bu da 1 il əvvələ nisbətən 9 % azdır. 2-ci yerdə 41 299 nəfərlə (+ 10%) Türkiyə, 3-cü yerdə isə 23 326 nəfərlə ( - 21 %) Hindistan qərarlaşıb. Bundan başqa, ay ərzində İrandan 17 787 nəfər (-8 %) , Səudiyyə Ərəbistanından 10 090 nəfər (+54 %), Qazaxıstandan 8 934 nəfər (+29 %), Gürcüstandan 8 223 nəfər (-6 %), Pakistandan 6 747 nəfər (+17 %), İsraildən 6 452 nəfər nəfər (+ 98 %), Çindən 5 821 nəfər (+23 %), Özbəkistandan 4 809 nəfər (+23 %), Cənubi Koreyadan 3 776 nəfər (+ 31 %), Birləşmiş Ərəb Əmirliklərindən 3 298 nəfər (+ 22 %), Ukraynadan 3 121 nəfər (- 4 %), Türkmənistandan 2 522 nəfər (- 8 %) turist gəlib. Ötən ay regionlar üzrə isə Cənubi Asiyadan 30 863 nəfər (- 15 %), Yaxın Şərqdən 26 376 nəfər (+35 %), Mərkəzi Asiyadan 17 964 nəfər (+21 %), Şərqi Avropadan 10 408 nəfər (- 2%), Şərqi Asiyadan 10 049 nəfər (+26 %), Qərbi Avropadan 9 931 nəfər (+11 %), Amerikadan 3 584 nəfər(+ 11%), Cənub-Şərqi Asiyadan 2 252 nəfər(+ 58 %), Afrikadan isə 1 600 nəfər ( +59 %)turist axını olub. Bu ilin yanvar-may ayılarında isə ölkəyə 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Geri qayıt |