Əsas Səhifə > Güney Press / Ana xəbər > AZCON Holdinqdə yeni təyinat
AZCON Holdinqdə yeni təyinat12-06-2025, 18:08 |
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub. Banker.az xəbər verir ki, Səməd Seyidov AZCON Holding-də Keyfiyyətin idarə edilməsi üzrə rəhbər vəzifəsinə təyin edilib. O, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom (AzInTelecom)” MMC-nin direktorunun müşaviridir. Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarəolunması ixtisası üzrə magistr təhsili alıb. S.Seyidov “AzMeCo” MMC-də Keyfiyyət üzrə Menecer, “Aztexnika” MMC-də Keyfiyyət şöbəsinin Müdiri, “Gilan Construction Group” MMC-də Keyfiyyət üzrə Menecer, “İncert” MMC-də İdarəetmə sistemləri üzrə məsləhətçi, “PMD Projects” MMC-də Keyfiyyət Təminatı Rəhbəri vəzifələrində çalışıb. Qeyd edək ki, Səməd Seyidov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Seyidovun oğludur. Geri qayıt |