Əsas Səhifə > Güney Press > Deputat Azərbaycandan çıxan yeni `peyğəmbərdən` danışdı
Deputat Azərbaycandan çıxan yeni `peyğəmbərdən` danışdı11-06-2025, 12:42 |
Bir neçə gün öncə Facebook platformasında yeni qalmaqallı video yayılıb. Belə ki, özünü “peyğəmbər” kimi təqdim edən bir nəfər insanlardan qazanclarının yarısını ona vermələrini tələb edir. Həmin şəxsin çıxışı həm dini, həm hüquqi, həm də psixoloji baxımdan ciddi narahatlıq doğurub. Yayılan görüntülərdə özünü “peyğəmbər” adandıran şəxs bunları deyir: Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, əslində belə bir şəxsin peyda olması, pul istəməsi, özünü "peyğəmbər" və ya "Mehdi" kimi təqdim etməsi təəccüblü deyil: "Çünki Azərbaycan cəmiyyətində bunun xeyli tərəfdarı olan diplomlu, oxumuş şəxslər çıxa bilir. Elə-belə bu ortaya çıxmır, münbit mühit var. Bu şəxs də belə bir mühiti nəzərə alaraq bu cür addım ata bilər. Onun psixoloji sarsıntısı da ola bilər. Cəmiyyətin müəyyən hissəsi VIII, XVI və ya XXI əsrdə hansısa Mehdinin varlığına özünü inandırırsa, deməli, bu xəstələrin başqa formada ortaya çıxması normaldır. Ona görə də mən burada təəccüblü heç nə görmürəm". Komitə sədri vurğulayıb ki, buna hər hansı təsir imkanı yoxdur: "Çünki cəmiyyətin özünün elə bir durumda olduğunu görürük ki, məhz Azərbaycan cəmiyyətində belə şəxslər ortaya çıxa bilərlər. Şeyx Nəsurullah İsfahanda yox, Azərbaycana gəlib ölü dirildirdi. İsfahanda kimə desən gülərdi ki, ölü dirilməz. Azərbaycanda bunu edə bilirsə, indi də eyni situasiyadır. Mən Azərbaycanda bir neçə nəfər guya ağlı başında, tanınmış sayılan adamların "Mehdi", "qurtarıcı" inancına bağlandığını görürəmsə, niyə də belə adamlar ortaya çıxmasın. Belə adamlar da yəqin ki, onu nəzərə alaraq, münbit məkanda bazara daxil olmaq və bu yolla fırıldaqla pul qazanmaq istəyirlər. Bu, təəccüblü deyil". Geri qayıt |