Əsas Səhifə > Güney Press > Türkiyədə iki qız birləşib evli qadını vəhşicəsinə öldürdülər

Türkiyədə iki qız birləşib evli qadını vəhşicəsinə öldürdülər


11-06-2025, 12:17

Türkiyədə 2 uşaq anası qətlə yetirilib.

Milli.Az xəbər verir ki, cinayəti törədən iki qadın polis tərəfindən saxlanılıb.

Burdurda əvvəllər məhkəməlik olan 35 yaşlı Adnan B.nin evinə gedən şəxslər onun xanımını bıçaqlayaraq öldürüblər.

Axşam saat 9-da törədilən cinayətdən qısa müddət sonra Seray Ö. (22), Tülay A. (22) tutulub.

Adnan B. adlı şəxs həmin vaxt evdə olmayıb. O, xanımının ölüm xəbərini aldıqda ürəyi gedib.

Qeyd edək ki, qadının 2 aylıq və 5 yaşlı iki övladı var idi.


Geri qayıt