Əsas Səhifə > Güney Press > Avropa Şurasının Baş katibi Ermənistan Parlamentinin sədri ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib

Avropa Şurasının Baş katibi Ermənistan Parlamentinin sədri ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib


11-06-2025, 12:06

Avropa Şurasının Baş katibi Alen Berse Ermənistana səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Alen Simonyanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri "X"də yazıb.

Məlumata görə, görüş çərçivəsində Türkiyə-Ermənistan münasibətləri və digər bir sıra məsələlərə də diqqət çəkilib.


Geri qayıt