Əsas Səhifə > Güney Press / Ana xəbər > Neftçalada yerli məmurlar arasında nüfuz davası
Neftçalada yerli məmurlar arasında nüfuz davası8-05-2014, 10:48 |
|
Neftçalada torpaq böhranı əhali ilə yerli İcra Hakimiyyətini üz-üzə qoyub. JAM.AZ xəbər verir ki, rayonun torpaq şöbəsinin müdiri Mustafa Əliyevin əksər əraziləri ya balıqçılıq təsərrüfatlarına, ya da pul aldığı adamlara verməsi insanların narazılığını nə pik həddə çatdırıb. Ötən günlərdə xəbər vermişdik ki, Mustafa Əliyevin В«gərgin əməyiВ» sayəsində torpaq məsələsinə görə, yaxın qohumlar bir birinə düşmən kəsilib. Rayonda bununla bağlı yaranmış narazılıq tərəflərin bir-birinə silah çəkməsinə, bəzilərinin isə intihar etməsinə səbəb olub. Amma bütün bunlara baxmayaraq, böyük imkanlar sahibinə çevrilmiş Neftçala torpaq şöbəsinin müdiri yenə də əvvəlki qaydada işinə davam edir. Aldığımız yeni məlumatlara görə, hazırda rayonun əksər kəndlərində torpaqla bağlı yaranmış problem təhlükəli həddə çatıb. JAM.AZ-a verilən məlumata görə, onlarla kəndin sakini bir neçə dəfə rayon icra başçısına yazılı müraciət edərək, ondan kömək istəyiblər. Lakin Neftçalanın icra başçısı İsmayıl Vəliyevin səhlənkarlığı və camaatı saya salmaması səbəbindən məsələ hələ də açıq qalıb. Qeyd edək ki, təkcə rayonun Qaramanlı inzibati ərazi dairəsinə daxil olan, ümumilikdə 6500 nəfərin yaşadığı Astanlı, Qədimkənd, Qaralı, Kürqarabucaq kəndlərində 1998-ci ildə aparılmış torpaq islahatı zamanı təməli qoyulan narazılıq hələ də səngiməyib. Kənd camaatının adından danışan və 16 ildir mübarizə apardığını bildirən Möhübbət Kazımov, Vidadi Yunusov, Məhəmmədhüseyn Mustafayev, Yusif Abbasov, Xalid Fərəcov və başqaları JAM.AZ-a verdikləri açıqlamalarında bildiriblər ki, islahat zamanı Qaramanlı kənd inzibati ərazi dairəsində yaşayanların hər birinə 0,86 ha pay torpağı veriıib: “Bunun 48 sotu yaxın, 38 sotu isə uzaq ərazidən ayrıldı. Halbuki bu torpaqları elə bir ərazidən- kənd ətəyindən də vermək olardı. İslahat zamanı rayonun (onların adları bizə məlumdur-red.) işbazları, vəzifə, imkan sahibləri döviriyəyə girərək, yaxın ərazidə olan məhsuldar yerləri müxtəlif adlar altında islahatdan kənar saxlayaraq özlərinə götürdülər, bu gün də ondan istifadə edirlərВ». Kənd sakinlərinin deməsinə görə sonuncu dəfə 2500 nəfərin imzasıyla Rayon İcra Hakimiyyətindən xahiş ediblər ki, əhaliyə paylanılmış 350 hektar pay torpağı eyni ölçüdə bələdiyyə mülkiyyətində olan torpaqla dəyişdirilsin: “Əhali faktiki olaraq pay torpağından istifadə edə bilmir. Bunun başlıca səbəbi odur ki, derenaj kollektorlar süxur suları ilə dolub və suyun kənara çıxışı təmin edilmir. Nəticədə əkin sahələri şorlaşıb. Bələdiyyə mülkiyyətinə verilmiş torpaqdan isə bir qrup şəxs faydalanır. Təssüf ki, müraciətimizə bu günədək heç bir cavab ala bilməmişik”. Maraqlıdır ki, kollektorların ilbəil qazılmasına cavabdeh olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovun ərazidə balıq gölləri və əkin yeri var, lakin ona məxsus təsərrüfatlarda heç bir problem yoxdur. Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının hərəkətsizliyinə görə kənd sakinləri son çarəni kənd bələdiyyəsinin sədri Mirbəşir Ağayevi məhkəməyə verməkdə, bələdiyyə qərarlarını ləğv etdirməkdə görürlər. Amma problem təkcə Qaramanlıda yaşanmır. Neftçalanın Lapatin Mayak qəsəbəsində vəziyyətin daha dəhşətli şəkil aldığı vurğulanır. Hazırda bununla bağlı ciddi araşdırma aparılır. Bununla bağlı yaxın günlərdə olduqca ciddi faktları oxucuların diqqətinə çatdıracağıq. Geri qayıt |