Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəsimi icra başçısının qosqoca inşaatdan xəbəri yox imiş?
Nəsimi icra başçısının qosqoca inşaatdan xəbəri yox imiş?8-05-2014, 09:46 |
![]() Bakı şəhərində uşaqların əyləncəsi əlindən alınıb. Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən yaşayış binalarının həyətindəki uşaq meydançası zəbt olunub. Orada artıq çoxmərtəməli binanın tikintisi aparılır. Binanın 5 mərtəbəsi ucaldılsa da, sakinlər məhəllənin hansı səbəbdən və kim tərəfindən zəbt edilməsini bilmir. Nəticə olaraq uşaqların gəzməyə, oynamağa bir məkanları qalmayıb. Sakinləri də narahat edən məhz bu məsələdir. Nəsimi rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, həmin ərazidə aparılan iş barədə araşdırma aparılandan sonra məlumat verilə bilər. DİA.AZ bildirir ki, hər halda Nəsimi RİH-dən verilən məlumatın səmimlik payı sıfıra bərabərdir. Necə olur ki, biri bir daxma qaraldanda həmin vətəndaşın başının üstünü anındaca kəsdirən RİH işçiləri qosqoca inşaat meydançası ilə bağlı sorğuya yalnız araşdırma apardıqdan sonra cavab verir... Geri qayıt |