Əsas Səhifə > Güney Press > Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldı
Azərbaycana keçən yeniyetmə ermənilərin fotosu yayıldıDünən, 01:06 |
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatı yeniyetmələrin mənsub olduğu Tex icmasının rəhbərliyi Facebook-da yazıb. İcma rəhbərliyi məlumata yeniyetmələrin fotosunu da əlavə edib. Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyi barədə məlumat yaymışdı: “Alınan məlumata görə, Ermənistanın Sünik rayonunun Tex icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) 2025-ci il iyunun 6-da saat 01:20 radələrində Sünik rayonuna bitişik və Arayvu kəndi yaxınlığındakı ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər”. Agentlik saat 22:00 radələrində itmiş yeniyetmələrin geri verildiyini və hazırda Ermənistanda olduqlarını bildirib. Geri qayıt |